
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Şotlandiya ilə qarşılaşıb.
Kilmarnok şəhərində baş tutacaq oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
9 oyundan sonra 7 xalla 5-ci yerdə qərarlaşan U-21 qrupdakı növbəti oyununu oktyabrın 6-da evdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.
Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5, 1:1), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.
AÇ-2027
B qrupu, 9-cu tur
30 sentyabr
Şotlandiya (U-21) - Azərbaycan (U-21) 5:2
Qollar: B. Stevart, 23, 26. C, Uilson, 28. T. Fletçer, 60. B. Uales, 80. - Nəriman Axundzadə, 21. Raul Məmmədov, 70.
Hakimlər: Matiyas Stöfrinqshauq, Erland Hareland, Edvard Helgerud, Mohammad Usman Aslam (hamısı Norveç).
Kilmarnok. "Reqbi Park" stadionu.