
Dünən Azərbaycan və Şotlandiya U-21 yığmaları qarşılaşıb (2:5). "Ərzurumspor"un futbolçusu Nəriman Axundzadə millimizin heyətində çıxış edib. O, görüşdə U-21-in ilk qolunun müəllifi olub. Forvard matçla bağlı fikirlərini bölüşüb.
"Qarabağ"ın sabiq hücumçusunun Fanat.Az-a açıqlaması belə olub:
“Bizim üçün gözəl təcrübə oldu, belə komandalara qarşı oynamaq xoşdur. Komanda kimi inkişaf edirik.
Qol barədə deyə bilərəm ki, həmişə çalışıram fərqlənib komandama kömək edim. Beş gün sonra da vacib oyundur, məqsədimiz yaxşı hazırlaşıb qələbə əldə etmək, U-21 yaş qrupundakı rekordu təzələməkdir.
Əsas millidən hər zaman dəvət gözləyirəm. Dəvət etsələr, əlimdən gələni etməyə hazıram.
“Ərzurumspor”la bağlı hər şey qaydasındadır. Yeni komandama uyğunlaşmağa çalışıram. Vaxt keçdikcə daha da yaxşıya doğru gedəcək”.
Əlisahib İbrahimli