
Bu gün Azərbaycan və Lixteynşteyn milliləri üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, matç 0:0 hesabı ilə yekunlaşıb.
Görüşdən sonra qonaqların baş məşqçisi Konrad Fyunfştyuk jurnalistlərin suallarını cavablandırıb:
"AFFA-ya təşəkkürümü bildirirəm. İlk dəfə Azərbaycana gəlirəm. Çox gözəl şərait yaratdılar. Azərbyacanlıların qonaqpərvərliyi ilə tanış oldum."
- Oyun başa çatandan sonra coşqu ilə bərabərliyi qeyd etdiniz. Bunun səbəbi nə idi?
"40 min əhalisi olan ölkə kimi biz favorit deyildik. Matça yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bu nəticə əldə etməyimiz bizi çox sevindirdi."
- Sizin komandanızın da çoxlu şansları oldu. Bu barədə nə düşünürsünüz?
"Nəticə hər iki komandaya bir xal gətirdi. Rəqibin də bizim də xeyli şanslarımız oldu."
- Hücumda yaxşı çıxış etdiniz. Komandanın cəsarəti barədə nə deyə bilərsiniz?
"Biz hər xala sevinirik. Şanslarımız oldu, istifadə edə bilmədik. Son 3 oyunun nəticələrindən razıyam. Təəssüf ki, şansları dəyərləndirə bilmədik."
- Lixtenşteyn futbolçularının başqa sahələrdə çalışdıqları doğrudur?
"Biz peşəkar komanda deyilik. Hər bir komanda kimi bizim də planlarımız olur. Oyunçularımız futboldan az maaş qazanırlar və başqa sahələrdə çalışırlar. Futbolçularımız cəsarətlərini göstərdilər."
Əlisahib İbrahimli