UEFA Çempionlar Liqasında iştirak edən "Araz-Naxçıvan" bu gün ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Almaniya təmsilçisi "Yahn Regensburq"la üz-üzə gələcək.
Latviyada baş tutacaq görüş saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Vitali Borisovun baş məşqçi olduğu komanda dünən ÇL-in ilk oyununda Türkiyə çempionu "İstanbul Şişli"yə 9:1 hesabı ilə qalib gəlib. Qrupun açılış turunda meydan sahibi "Riqa" almanları 3:1 hesabı ilə üstələyib.
“Jahn Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00