Qazaxıstan futzal millisinin oyunçusu Birjan Orazov dünya çempionatının rekordunu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Məlumata görə, Orazovun 2024-cü ildə Özbəkistanda keçirilən dünya çempionatının qrup mərhələsinin ilk oyununda qazaxıstanlının
İspaniya millisinin qapısına altıncı saniyədə vurduğu qol dünya çempionatı tarixində ən erkən qol olub.
Bundan əvvəlki rekord 2008-ci il dünya çempionatında 11-ci saniyədə qol vuran ispaniyalı Xavi Rodrigesə məxsus idi.
Xatırladaq ki, sabah, sentyabrın 22-də Qazaxıstan yığması DÇ-2024-ün qrup mərhələsinin son oyununu Yeni Zelandiya yığmasına qarşı keçirəcək.