
Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın "Benfika" (Portuqaliya) ilə cavab matçına təyinatlar bəlli olub.
Fanat.Az xəbər verir ki, qarşılaşma serbiyalı hakimlərə - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoskaya tapşırılıb.
Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.
Oyun dekabrın 5-də Lissabondakı "Pavilhao Fidelidade"də baş tutacaq. Matçın start fiti 21:30-da səsləndiriləcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüş "Benfika"nın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.