Futzal üzrə milli komandamızın üzvü Tyaqo Teles Bolinya yeni klubla anlaşıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futzalçı Bosniya və Herseqovina təmsilçisi "Tuzla Siti" ilə anlaşıb.
Xəbəri klubun rəsmi saytı yayıb. Ancaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan Bolinyanın son klubu Rusiya "Tümen"i olub.
Fanat.Az