12:39 10.03.2021 1039

Millimizin qapıçısı: "Oyunu özümüz çətinləşdirdik"

"Oyunumuz milli bayramımız olan Novruz çərşənbəsinə təsadüf etdi. Qazanılan qələbə həm də xalqımız üçün bayram hədiyyəsi oldu. Bu münasibətlə hər birinizi təbrik edirəm".

Fanat.Az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli səfərdə Moldova yığmasını 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı qolkiper qarşılaşmaya rəqibin daha yaxşı başladığını etiraf edib: "Sanki meydanın örtüyünə tam öyrəşməmişdik. Bizim daim məşq etdiyimiz arena ilə bu zalın örtüyü fərqlidir. Amma Moldova yığması demək olar, hər gün burda məşq etdiklərinə görə, meydana da tam uyğunlaşmışdılar. Oyun çox sürətli gedirdi. Baxmayaraq ki, ilk hissəni 1:0 hesablı üstünlüklə başa vurduq, amma fasiləyə qədər səhvlərimiz çox oldu. Rəqib real qol epizodları yaratdı. Çox şükür ki, həmin anlarda komandama kömək edə bildim. Əslində, biz hesabı açdıqdan sonra rəqib irəli atıldı və bundan istifadə etməli idik. Meydan amili sözünü dedi”.

Hüseynli millinin ikinci hissəyə daha yaxşı başlanğıc etdiyini vurğulayıb: "Başlayan kimi qol vurduq, fərqi artırdıq. Sonra isə rəqib qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu dəfə fərqli oynadılar və qol vurmağı bacardılar”.

O, rəqibin vurduğu qollara da münasibət bildirib: "Demək olar, oyunu özümüz çətinləşdirdik. Hesabda fərq yarandıqdan sonra bir qədər arxayınlaşdıq. Səhvlər etdik, onlar da istifadə etdilər. Bakıdakı oyunda daha intizamlı çıxış etdik. Bu dəfə görüşün gedişində bir qədər pərakəndəlik oldu. Oyunumuz alınmırdı”.

Qapıçı istənilən halda nəticənin vacib olduğunu sözlərinə əlavə edib: "Qələbə vacib idi. Çünki qazandığımız nəticə bizi final mərhələsinə aparacaqdı. Bunun da öhdəsindən gəldik. Amma qalan 2 oyunu da maksimum xalla başa vurmalıyıq”.
 
Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X