10:55 15.03.2021 1085

"Məqsədə addım – addım yaxınlaşırıq" - Yığmamızın kapitanı

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın Mətbuat xidmətinin suallarını cavablandırıb.

Fanat.Az həmin müsahibəni təqdim edir

- Avropa çempionatının seçmə mərhələsində 4 oyuna 12 xal topladınız. Millinin arxada qalan qrup matçlarını necə təhlil edərdiniz?
- Başlanğıc çox çətin oldu. Çünki biz ötən ilin mart ayından etibarən zalda məşq etməmişdik, heç bir yoldaşlıq və ya rəsmi oyun keçirməmişdik. Bu azmış kimi, cəmi 10 gün ərzində zalda oyuna hazırlaşmalı olduq. Əslində, azı 10-12 gün eləcə zala uyğunlaşmağa lazım idi. Ancaq biz bu müddətdə həm zala uyğunlaşdıq, həm də oyuna hazırlaşdıq. Bakıda oynamağımız üstünlüyümüz oldu. Oyunu izləyənlər də gördü ki, həqiqətən qələbəni çətinliklə qazandıq. Növbəti görüşümüzü rəqib meydanında keçirdik. Səfər amili çətinlik yaratsa da, çalışdıq ki, ilk dəqiqələrdən oyuna nəzarəti özümüdə saxlayaq. Erkən qollar vurduq, bu da işimizi bir qədər yüngülləşdirdi. Son iki duelimiz Moldova ilə oldu.

- Moldova millisi ilə oyunlardan hansı çətin keçib?
- Düzdür, həm Bakıda, həm də səfərdə rəqib qapısından 5 top keçirdik. Ancaq səfərdəki oyun daha ağır oldu. Bakıdakı matçda üstünlüyümüzü rahat şəkildə yaratdıq. Çoreskudakı görüşdə bu qədər rahat ola bilmədik, rəqib imkan vermədi. Buraxdığımız qollar da bunun göstəricisidir. Bakıda rəqib bir dəfə qol sevinci yaşadısa, öz meydanında bu sayı 3-ə çatdırdılar. Ancaq qarşıya qoyulan məqsəd qələbə qazanmaq idi, biz də işimizin öhdəsindən gəldik. Hazırda 4 oyundan 12 xal toplamışıq və zirvədə qərarlaşmışıq. Məncə, qarşıya qoyulan məqsədə addım – addım yaxınlaşırıq.

- Avropa çempionatına vəsiqə təmin edildi. Qalan iki oyunda məqsəd nə olacaq?
- Biz hər oyuna 3 xal qazanmaq üçün çıxacağıq. Vəsiqəni əldə etsək də, birinci pilləni təmin etməliyik. Apreldə səfərdə Slovakiya ilə qarşılaşacağıq. Çətin olacaq, amma Moldova ilə son matçdakı səhvlərimizi təkrarlamasaq, 3 xalla dönəcəyik. Qrup mərhələsinə Yunanıstanla duellə yekun vuracağıq. Bu oyunda da ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu oyunlar həm də bizə səhvlərimizi düzəltmək, oyun təcrübəsini, eləcə də reytin xallarını artırmaq imkanı verəcək. Niyə bu fürsətdən istifadə etməyək?

- Milli sayca 6-cı dəfə Avropa çempionatına vəsiqə qazandı. Arxada qalan 5 final mərhələsində millinin heyətində iştirak etmisiniz. Hansı qitə birinciliyi daha yaddaqalan olub?
- Bəli, topladığımız 12 xal növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımıza kifayət etdi. Bu münasibətlə komandamızı, azarkeşlərimizi təbrik edirəm. Çalışacam, 6-cı dəfə də qitə birinciliyində iştirak edim. Hər gün məşqlərimi edir, formamı qoruyuram. Yaş baxımından ən çətin turnirim olacaq. Amma uşaqlardan geri qalmamaq üçün əlimdən gələni edirəm. İnşallah, ən uğurlu nəticəmizi bu dəfə qazanarıq. Ən yaddaqalan Avropa çempionatı 2010-cu ildə debüt etdiyimiz yarış oldu. Siftəmiz olmasına baxmayaraq, yekunda yarımfinalçı olduq və yarışı dördüncü pillədə başa vurduq. Bu dəfə yaxşı nəticə qazanmalıyıq ki, karyeramı da uğurlu sonluqla yekunlaşdırım. Məhz gələn il keçiriləcək qitə birinciliyindən sonra karyeramı başa vurmağı düşünürəm.

- Karyeranızı bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərəcəksiniz, yoxsa başqa sahədə çalışacaqsınız?
- Fikrimdə məşqçi kimi çalışmaq var. Bu sahədə özümü indidən sınayıram. Həvəskar komandalarla müxtəlif turnirlərdə iştirak edirəm. Artıq baş məşqçi kimi üç çempionluq qazanmışam. Oyunçu kimi karyeramı bitirdikdən sonra, futzalda məşqçi kimi çalışacam.

- Qarşıdan Novruz bayramı gəlir. Bu bayramla bağlı xatirələrinizi bölüşə bilərsinizmi?
- Novruz milli bayramımızdır. Bu bayram münsaibəti ilə xalqımızı təbrik edirəm. Əlbəttə, bayramla bağlı xatirələrimiz çoxdur. Uşaq vaxtı papaq atardıq, yumurta döyüşdürərdik, müxtəlif əyləncəli oyunlarda iştirak edərdik. İndi bayramlar əvvəlki kimi keçmir. Allah süfrələri ruzi-bərəkətli eləsin, ən əsası sağlam canla yaşamaq qismətimiz olsun. Onu da deyim ki, bu dəfə Novruz bayramı fərqli əhval-ruhiyyədə keçiriləcək. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızda da indi milli bayramımız olan Novruz qeyd ediləcək. Bu zəfəri bizə yaşadan Ali baş komandana, ordumuza təşəkkür edirəm. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza tez sağalmağı, qazilərimizə isə can sağlığı arzulayıram. Onu da qeyd edim ki, qardaşım ehtiyatda olan zabit kimi Zəfər yürüşündə iştirak edib. Təbii ki, onunla fəxr edirik.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X