10:34 03.04.2021 1089

“Doğum günümü qeyd etmək “yaralı” yerimdir” - MÜSAHİBƏ

Son illər Azərbaycan millisinin heyətində parlaq çıxışı ilə diqqət çəkən qapıçı Rövşən Hüseynlinin doğum günüdür.

Fanat.Az xəbər verir ki, 30 yaşını qeyd edən qolkiper Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.

- Bu gün 30 yaşın tamam olur. Təbrik edirik. Yubilyar Rövşən özünü necə hiss edir?
- Təbrikə və diqqətdə saxladığınıza görə təşəkkür edirəm. Əlbəttə, yaş üstə yaş gəldikcə, insanın həyata baxışı dəyişir, hadisələrə yanaşması fərqli olur. Əvvəllər çılğın idimsə, son vaxtlar hiss edirəm ki, xeyli sakitləşmişəm. İndi daha təmkinli, səbirliyəm. Fiziki forma baxımından heç bir dəyişiklik yoxdur.

- Bu yaş idmançıya təcrübəli deməyə əsas verirmi?
- Bizdə adətən idmançının təcrübəli olub-olmadığına dair fikri onun yaşına uyğun səsləndirirlər. Ancaq təcrübənin yaşı olmur. İdmançıların çıxışına uyğun sübutlar da var. Düzdür, kifayət qədər təcrübə toplamaq üçün çox oyun keçirməlisən, amma bu yeganə səbəb deyil. Bura idmançının öz yanaşması, ciddiyyəti, məsuliyyəti də daxildir. Bəzən yaşı az olmasına baxmayaraq elə idmançı ilə üz-üzə gəlirsən ki, yaşlı həmkarından daha inamlı, təcrübəli görünür.

- Ad günün toplanışla eyni vaxta təsadüf etdi. Bu özəl günü komanda yoldaşlarınla, yoxsa ailənlə qeyd etmək maraqlıdır?
- Nə gizlədim, doğum günümü qeyd etmək "yaralı” yerimdir. Neçənci dəfədir ki, istədiyim kimi qeyd edə bilmirəm. Əksər hallarda da komanda ilə birgə qeyd etmişəm. Məncə, komanda ilə bu qədər kifayətdir. Ailəmlə keçirməyin qiyməti tam fərqlidir. Ona görə də bu dəfə onlarla keçirəcəm. Axşam isə komanda yoldaşlarımla bir çay süfrəsi arxasında toplaşa bilərik.

- Yaddaqalan ad günün hansı olub?
- Hər ad günümün öz xatirəsi, yaddaqalan anları var. Açığı, hər dəfə ad günümə bir neçə gün qalmış özüm üçün hesab-kitab edirək ki, görüm qeyd edə biləcəyəm (gülür)? Üç il əvvəlki ad günüm daha çox yaddaqalandır. Onda geniş ailə məclisi qurmuşduq.

- Hədiyyələr göndərilibmi?
- Hazırda toplanışdayıq, ona görə də xəbərim yoxdur. Etiraf edim ki, hədiyyə qəbul etməkdən çox, verməyi xoşlayıram. Alınan hədiyyələri xüsusi fərqləndirmirəm. Əsas diqqətdir, ona görə də təşəkkürümü bildirirəm.

- Bəs 30 yaşlı Rövşən nə vaxt legioner həyatı yaşayacaq?
- Əvvəllər İspaniya, Qazaxıstan, Latviya kimi ölkələrin klublarından təkliflər almışdım. Sadəcə, oyun təcrübəm az olduğuna görə, risk etmədim. Son iki ildə isə Fransa, Rusiya və Çexiya klubları xidmətimdə maraqlı olduqlarını bildiriblər. Amma müəyyən gözlənilməz problemlər keçidə əngəl yaratdı. Ötən il isə Rusiya klublarının biri ilə şifahi razılıq əldə etmişdik, ancaq pandemiya ilə əlaqədar alınmadı. Ola bilsin ki, yaxın vaxtlarda belə bir keçid baş tutsun. Sadəcə, indidən ad çəkmək istəmirəm.

- Qız atasısan. Onunla vaxt keçirə bilirsənmi?
- Onun dünyaya gəlməsi karantin vaxtı ilə üst-üstə düşdü. Onda evdə daha çox olurdum və demək olar, vaxtımı qızımla keçirirdim. Son 3 ayda toplanışlar və oyunlar olduğuna görə, boş vaxtım az olur, yenə də çalışıram ki, ona diqqət göstərim. Bəzən deyirlər kişinin oğlu olar. Amma fikir kökündən yanlışdır. Kişilik övladının qız və ya oğlan olması ilə yox, ona necə atalıq etməsi ilə ölçülür.

- Futzalçılar arasında sosial şəbəkələrdə ən aktivi sənsən. Bu hansısa zərurətdən irəli gəlir?
- Gün ərzində baş verənlərlə tanış olmağın ən rahat yolu sosial şəbəkələri izləməkdi. Burda 5-10 dəqiqə vaxt sərf etməklə kifayət qədər informasiya toplayırsan. Həm də bir idmançı kimi haqqımda məlumat paylaşır, eləcə də bilmək istədikləri məsələlərə aydınlıq gətirirəm. Bu gün həyatımızı bunsuz təsəvvür etmək mümkün deyil.

- Bəs hansı şərh diqqətinizi cəlb edib?
- Belə şərhlər çox olub. Xüsusilə də qələbə qazandığımız oyunlardan sonra yazılanlar ürəyimcədir. Ən maraqlısı isə 2016-cı ildə yazılmışdır. Həmin vaxt dünya çempionatı Kolumbiyada keçirilirdi. Qalib gəldiyimiz oyundan sonra azarkeşlər şəkillə kollaj düzəltmişdilər və belə yazmışdılar: Eskobar Medellini Rövşənə tapşırıb. 

- Sevgi mesaji necə, göndərən olub?
- Göndərilsə belə, hörmətlə, anlayışla qarşılamışam. Mənim öz düşüncəm, ailəm və həyat yolum var.

- Qayıdaq hazırlıq prosesinə. Təlim-məşq toplanışı necə gedir?
- Məşqlərə martın 23-də start versək də, toplanış 2 gündür başlayıb. Gündən-günə yaxşılığa doğru gedirik. Səbəbi isə artıq neçə vaxtdır ki, komanda şəklində zalda məşq etməyimizdir. Artıq baş məşqçi verdiyi tapşırığın qarşılığını ala bilir.

- Final mərhələsinə vəsiqəni təmin etmiş komanda üçün qarşıdakı iki oyunda stimul nə olacaq?
- Əvvəla qazanılan uğur münasibəti ilə hər kəsi təbrik edirəm. Final mərhələsinə vəsiqəni təmin etsək də, qrup mərhələsini lider kimi başa vurmaq üçün mübarizə aparacağıq. Həm də hər bir qələbə bizə reytinq xalları qazandıracaq. Üstəlik, oyunumuzu inkişaf etdirmək üçün bu cür görüşlərdən maksimum istifadə etməliyik. İşimizə peşəkar yanaşırıq, deməli, qələbə seriyasını da davam etdirməliyik.

- Ümumiyyətlə, arxada qalan 4 oyundan hansı millimiz üçün çətin, hansı nisbətən yüngül keçdi?
- Slovakiya ilə Bakıdakı oyunumuz çox çətin keçdi. Onun da səbəbi çox idi. Əvvəla, uzun müddət idi parketdə məşq etmirdik. Üstəlik, komanda şəklində hazırlıq keçmirdik. Eyni zamanda oyun təcrübəmiz yox idi. Həmin qarşılaşmada rəqib hesabda önə keçsə idi, bizim üçün çox çətin olacaqdı. Nisbətən yüngül keçən matç isə Afinada Yunanıstanla oldu. Hesabı erkən açdıq və sona qədər üstünlüyümüzü saxladıq.

- Hansı hücumçunun zərbəsini dəf etmək sənin üçün çətindir?
- İndi heç kimdən çəkinmirəm. Çünki dörd aya yaxındır fərdi məşqlər edirəm, üzərimdə çalışıram və özümü tam hazır hiss edirəm. Bu səhv etməyəcəyim və qol buraxmayacağım anlamına gəlmir. Komanda yoldaşlarımdan İsa Atayevin və Ramiz Çovdarovun zərbələrini fərqləndirərdim.

- Slovakiyanı Bakıdan kənarda məğlub etməkdə çətinlik çəkirik. İtkilərə rəğmən səfərdən hansı nəticə ilə dönməyə ümid edirsən?
- Onlarla Bakıdan kənarda keçirdiyimiz son iki oyunda heç-heçə qeydə alınıb (1:1 və 3:3). Əslində, bu bir siqnal olmalıdır. Düzdür, heyətimizdə itkilər olacaq. Ancaq baş məşqçi 3 eyni səviyyəli  "dördlük” formalaşdırıb. Qalır rəqibi bu dəfə doğma meydanında məğlub etmək. Səfərə də bu məqsədlə yollanacağıq və uğursuz statistikanı dayandırmağa çalışacağıq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X