Gürcüstanda təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət milli növbəti sınaq matçını keçirib.
Fanat.Az saytı xəbər verir ki, Ağatahir Əzimovun rəhbərlik etdiyi komanda bu dəfə yerli "Armia” ilə qarşılaşıb.
Gürcüstanın yüksək liqasına bu il vəsiqə qazanan rəqib U-19-a qalib gəlib – 6:2. Futzalçılarımız hesabda 2:0 öndə olduğu matçda üstünlüyünü qoruya bilməyib.
Qeyd edək ki, U-19 iyulun 12-də keçirdiyi ilk oyunda Gürcüstanın digər yüksək liqa təmsilçisi "Universitas”a 2:4 hesabı ilə uduzmuşdu. Milli hazırlığını iyulun 18-də başa vurub vətənə dönəcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol