Futzal Federasiyası birinci və ikinci liqada iştirak edəcək komandaların siyahısını və çempionatın başlayacağı tarixi açıqlayıb.
Fanat.Az xəbər verir ki, Birinci Liqada 14 komanda iştirak edəcək.
Qalib adı uğrunda "Şuşa MFK", "Zəngilan", ADBTİA, "Standard", "Forza Neftçi", "Metropoliten", "Dəstə Ordubad", "Arenda.az", "Star Karqo", "Ulduz", "Qarabağ Füzuli", PASO FK, "Yasamal İSK" və "Baku Fire-2" mübarizə aparacaq.
Liqada mövsümə 7-8 oktyabrda start veriləcək.
İkinci Liqa isə oktyabrın 10-da başlanacaq. Bu liqada da 14 komanda qalib olmaq üçün yarışacaq. Komandaların adlarını təqdim edirik: "Tim Sport", "Baker Tilly", "Advokat", "Atletiko Baku", "Borçalı", "Rəvan", "Dalğa", "Zülfüqar", "Bibi-Heybət", "Baku Fire-3", "Star Karqo-2", "Azərsu", "Xan Lənkəran", "İSMA M.A Baku".
Mirağa