12:43 19.10.2021 617

Millimizin qapıçısı: "İllərlə yığdığımız təcrübədən yararlanmalıyıq”

Xəbər verdiyimiz kimi, gələn il Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək millimiz Bosniya və Herseqovina, İspaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, millinin qapıçısı Rövşən Hüseynli püşklə bağlı Futzal Federasiyasının saytına danışıb.

Təcrübəli püşkü belə dəyərləndirib: “Sayca altıncı dəfə bu mötəbər yarışda iştirak edəcəyik. Final mərhələsində ilk oyunumuzu Gürcüstan millisinə qarşı keçirəcəyik. Daha sonra yaxından tanıdığımız İspaniya və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacağıq. Gürcüstan bu mərhələyə yüksəlmək üçün Rusiya və Fransa kimi iddialı komandalarla bir qrupda mübarizə apardı və ikinci yerin sahibi kimi işinin öhdəsindən gəlməyi bacardı. Heyətlərində braziliyalı futzalçılar da yer alır. Fərdi keyfiyyətlərinə görə seçilən oyunçulardandır. Debüt etsələr də, güclü rəqibdir. Ümumiyyətlə, bu mərhələdə iştirak edən hansısa komandaya yuxarıdan aşağı baxmaq olmaz. Biz dəfələrlə belə yarışlarda iştirak etdiyimizdən təcrübəmiz çoxdur. İllərlə qazandığımız bu təcrübədən faydalanmalıyıq, yaxşı hazırlaşmalıyıq.

İspaniya haqda geniş danışmağa dəyməz. Bu komanda iştirak etdiyi bütün turnirlərdə favoritlər sırasında yer alır. Amma ispanlara qarşı hər zaman layiqli mübarizə aparmışıq. Hətta 4 il əvvəlki qitə birinciliyində bir qrupda yer almışdıq. Həmin vaxt 1 top fərqi ilə yenildik. Halbuki həmin qarşılaşmada qələbə qazanmaq üçün imkanlarımız az olmadı. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirib, lazım olan nəticəni qazanacağıq. Bosniya və Herseqovina ilə 2017-cı ildə qarşılaşmışıq. Bu görüş Bakıda keçirilmişdi. Çox ağır oyun oldu. 5:4 hesabı ilə qələbə qazandıq. Hündürboylu oyunçulara sahib idilər. Fərqli oyun üslubuna malik komandadır. Düzdür, bizə qarşı oynayan heyətdə çox dəyişiklik edilib. Üstəlik, onlar da qrup lideri kimi final mərhələsinə vəsiqə qazandılar, Serbiya, Rumıniya kimi komandaları geridə qoydular.

Yekunlaşdırsaq, qarşıda 3 aya yaxın vaxtımız var. Bu müddət ərzində yaxşı hazırlıq keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalı, zəif tərəflərimizi düzəltməliyik. Çempionata hazır getməliyik ki, irəliləmək şansımızı qaçırmayaq. Həm də nəzərə almalıyıq ki, bu dəfə qrupda 3 yox, 4 komanda yer alacaq. Əvvəl, bəzən 1 xalla da növbəti mərhələyə yüksəlmək mümkün idi. Bu dəfə belə olmayacaq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X