Futzal üzrə Yüksək Liqada bu gün üç oyun keçirilməli olsa da, görüşlərdən biri baş tutmayıb.
Fanat.Az-ın məlumatına görə, "Alyans" EKOL-la oyuna gəlməyib.
Lənkəran təmsilçisinin çempionatı birdəfəlik tərk edib-etmədiyi məlum deyil. Federasiyadan bildirildi ki, komandanın rəsmiləri əlaqə saxlayaraq məhz EKOL-la görüşdə iştirak edə bilməyəcəklərini deyiblər.
Qeyd edək ki, Yüksək Liqanın digər iştirakçısı "Xilə" ikinci dövrədən sonra çıxışını yarımçıq dayandırıb.
Mirağa