Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynlinin çıxış etdiyi Nijni Novqorodun “Torpedo” klubu Rusiya Superliqasında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, Hüseynlinin komandası 1/4 finalın dördüncü oyununda “Qazprom-Uqra” komandasına uduzub - 1:3.
Beləliklə, ümumi seriyada da hesab 1:3 olub və əsasnaməyə görə 3 qələbə qazanan rəqib yarımfinala yüksəlib.
Rövşən Hüseynli Yuqorska yollansa da, ötən oyunda olduğu kimi, bu dəfə də görüşü tribunadan izləyib.