16:56 12.05.2022 955

"Araz-Naxçıvan"ın bütün planları açıqlandı - MÜSAHİBƏ

Futzal mövsümünə mayın 24-də keçiriləcək kubokun final oyunu ilə yekun vurulacaq. Buna baxmayaraq, "Araz-Naxçıvan" üçün tsikl başa çatıb. Növbəti dəfə çempion titulunu əldə edən Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv artıq mövsümün yorğunluğunu çıxarır. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komanda ilə bağlı suallar isə çoxdur. Heyətdə köklü dəyişikliklər gözlənilir.

Fanat.Az "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxlayaraq mümkün dəyişikliklərlə bağlı suallara cavab tapmağa çalışıb:

- İlk növbədə qapıçı mövqeyi ilə bağlı atacağınız addımı öyrənmək istərdik. Rusiyalı qolkiperlə bir aylıq müqavilə imzalanmışdı, onunla müqavilənin müddəti uzadılacaq? 
- "Spartak-Donetsk"dən transfer etdiyimiz Dmitri Bondarev vətəninə yollanıb. Onunla bağlı vəziyyət tam aydın deyil. Bizdən cavab gözləyəcək. Ola bilər ki, yenidən sıralarımıza qoşular. Ancaq Rövşən Hüseynli variantı da var. "Torpedo" onu saxlamaq istəyir, amma məlum situasiya ilə bağlı gözləmə mövqeyindədirlər. Rövşənin Nijni Novqorod təmsilçisi ilə müqaviləsinin müddəti iyunun 15-də başa çatacaq. Rusiyada qalıb karyerasını legioner kimi davam etdirsə, biz Bondarevlə yeni müqavilə imzalayacağıq. Əks halda, Rövşən "Araz-Naxçıvan"a qayıdacaq. Hələ ki vaxtımız var, tələsmirik. 

- Baş məşqçi Joze Alesio Da Silva heyətə neçə oyunçu cəlb olunmasını istəyib?
- Dəyişiklik mütləq olacaq, amma sayını deyə bilmərəm. Hazırda danışıq apardığımız 2-3 futzalçı var. Legioner olduqlarını deyə bilərəm. Fərqli çempionatlarda oynayırlar. İndilik yekun nəticə olmadığı üçün ad açıqlaya bilmərəm. 

- Filipinyo 5 oyunluq cəzalıdır. Başqa sözlə, Çempionlar Liqasında oynamayacaq. Belədə, onun göndərilməsi nəzərdə tutulub?
- Düzdür, Filipinyo cəza səbəbindən startda komandaya kömək edə bilməyəcək. Ancaq o, millimizin üzvüdür. Alesio bunu nəzərə alıb xahiş etdi ki, Filipinyonu "Araz-Naxçıvan"da saxlayaq. Çalışarıq bir neçə mərhələ adlayaq ki, o, sonrakı oyunlarda komandaya kömək edə bilsin. 

- Murilio ümidləri tam doğrultmadı. Onunla yollar ayrılacaq?
- Əvvəla onu deyim ki, braziliyalılar bu gecə ölkələrinə gedirlər. Saat 2-də Braziliyaya uçacaqlar. Murilio isə bir daha geri qayıtmayacaq. Yəni onunla vidalaşdıq. Murilio artıq "Araz-Naxçıvan"ın oyunçusu deyil. 

- Yerli transfer bazarında gözaltı etdiyiniz oyunçular var?
- Var, U-19-dan iki gənclə maraqlanırıq. Alesio Məhəmməd Abbasov və Xəzər Ağalızadəni bəyənib. Gələn həftə onlarla görüşüb razılıqlarını almağa çalışacağam.

- Rizvan Fərzəliyev karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı rəhbərliyə qərarını bildirməyib?
- Bu barədə ilkin danışığımız olub. Böyük ehtimalla, milli karyerasını başa vuracaq. Klub oyunçusu kimi isə ola bilsin, karyerasına davam etsin. "Araz-Naxçıvan"da və ya başqa komandada oynayacağını yaxında biləcəksiniz. Belə başa düşdük ki, təklifləri var. Bizdən qərarını bildirmək üçün vaxt istədi. Ola bilsin, Yüksək Liqanın hansısa komandasına keçsin.  

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
20:15

MPL: "Zirə" "Neftçi" ilə qarşılaşır - YENİLƏNİR

20:09

Anar Hacıyev “LANDAU Lions”də qalır

19:47

Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

19:12

"Liverpul" Sarr üçün yenidən hərəkətə keçir

18:53

Mahir fərqləndi, komandası darmadağına uğradı

18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

Facebookdan bizi izləməyi unutmayın.
X