Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” komandaları üz-üzə gəlib.
Görüşdə inamlı qələbə qazanan "Neftçi" İK 26-cı Azərbaycan kubokunun qalibi olub - 6:2.
İndiyə qədər 10 komanda kuboku başı üzərinə qaldırıb. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboka sahib çıxıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata qazanıb.
Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə ümumiyyətlə keçirilməyib.
Azərbaycan kuboku
Final
Neftçi İK - Alyans Qrup 6:2
Qollar: Omid Talebi, 9:23, 13:14, 23:31, İlkin Hacıyev, 12:10, Hasan Ali Jafari, 19:05, Seymur Məmmədov, 35:08 - Məhəmməd Xəlilov, 2:56, Aqşin Paşayev, 28:21
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Nahid Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
24 may. Bakı İdman Sarayı. Saat 14:15