13:07 21.10.2022 616

Jose Alesio tənqid atəşinə tuş gəldi - Federasiya nə deyir?

Futzaldan danışası olsaq, daha çox milli komandanın və "Araz Naxçıvan"ın uğurları yada düşür. Ancaq bu nəticələr pərdə arxasında baş verən bəzi neqativ halları ört-bastır etmir. 

Məsələ millinin və “Araz-Naxçıvan”ın baş məşqçisi Jose Alesio de Silvanın yerli futzalçılara olan münasibətidir. Onun bəzi azərbaycanlı futzalçılara qarşı ayrıseçkilik etməsi haqda istər ara söhbətlərində, istərsə də mətbuatda gedən xəbərlərdə rast gəlmək olar. 

Baş məşqçinin İsa Atayevlə, Xətai Bağırovla, Ramiz Çovdarovla münasibəti isti deyildi. İndi isə növbədə Rizvan Fərzəliyev və Rövşən Hüseynlidir. Birincisi karyerasını bitirib. Amma az qala ölkə futzalının rəmzi sayılan Fərzəliyevə adi "sağ ol" deyən olmadı. İkincidən isə millidə kapitanlıq sarğısını alınıb. Bundan başqa, Rövşən "Araz Naxçıvan"ın məşqlərində də iştirak etmirdi. 

Maraqlıdır, Alesio bu qədərmi dəyərlidir ki, yerli futzalçıları "sındırmaqla" məşğul olduğu görünə-görünə buna reaksiya verən yoxdur?


 

Fanat.Az olaraq sualı idman mətbuatının nümayəndələrinə ünvanladıq. 

İlqar Tağıyev ("525-ci qəzet"in şöbə müdiri): "Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan futbolunda iz qoymuş, karyerasını başa vurmuş futbolçuları AFFA təmtəraqla olmasa da, hansısa oyundan əvvəl və ya inzibati binasında kiçik tədbirdə xatirə hədiyyəsi ilə yola salıb. Bu, artıq ənənə halına çevrilib. Ancaq nədənsə növbə Vitali Borisov və Rizvan Fərzəliyevə çatanda ənənə pozuldu. 2 il əvvəl Vitali Borisov karyerasını bitirəndə də kiçik bir tədbirlə yola salınmasını görmədik. Bu il isə eyni hərəkət Rizvan Fərzəliyevə qarşı edildi. Məsələn, Polşa ilə oyundan əvvəl gözlədik ki, Rizvan meydana çıxacaq, ona xatirə hədiyyəsi verilib, təşəkkür olunub yola salınacaq. Amma belə olmadı. Günah AFFA-dadır, ya futzal federasiyasında, hansı unutqan olub bilmirəm, amma təəssüfdoğurucu məqamdır. 

Düzü, bu haqda yazı yazmışdım. "Nə tez unutdunuz..." sərlövhəli yazımda Rizvan və Vitali ilə bağlı məqamlara toxunmuşdum. Həm Rizvan, həm Vitali Azərbaycan futzalında iz salmış, ad qoymuş futzalçılardır. Karyeralarını bitirmələrinə baxmayaraq, Azərbaycan futzalına gələcəkdə də böyük xeyir verə bilərlər. Çünki hər ikisi təcrübəli futzalçıdır. Bir məşqçi kimi yetişirlər. Fərqli komandalarda məşqçilik edirlər, nəticələri də var. Rizvanda belə nəticələr daha çoxdur. Onlardan istifadə etmək lazımdır. Yazımda da vurğuladım ki, karyeralarını bitirəndə unutdunuz, amma bundan sonra unutmayın. Bu məşqçilər Azərbaycan futzalına çox xeyir verə bilərlər. İstər milli komandalarda, istər klublarda onları kənarda qoymaq olmaz. Çünki bizdə belə mütəxəssislər barmaqla sayılacaq qədərdir. Yaxşı futzal məşqçilərimiz var, amma nəyə görə özümüzün yetişdirdiyimiz kadrlarımızı, ad-sanı olan futzalçıları diqqətdən kənarda qoymalıyıq. Ümid edirəm ki, yaxın zamanlarda həm Rizvanla, həm də Vitali ilə bağlı müəyyən qərarlar veriləcək. Onların işsiz qalmamaqları üçün və futzalımıza xeyir vermələri yolunda hansısa addımlar atılacaq.

O ki qaldı Alesio məsələsinə, o, savadlı məşqçidir. Bunu nəticələri ilə də göstərib. Amma Alesionun mənfi məqamları var. Bunu mətbuatı izləməklə, futzal millisinin oyunlarına baxaraq müəyyən edə bilərik. Sanki onda yerli yaşlı futzalçılara qarşı qisqanclıq hissi var. Bura Rizvan, Vitali olsun və hazırda karyeralarını davam etdirən 3 futzalçı - Ramiz Çovdarov, İsa Atayev və Xətai Bağırov daxildir. Bunlarla problem olduğunu zaman-zaman, hətta millinin oyununun gedişatında görmüşük. 

Yenə deyirəm, Alesio yaxşı məşqçidir, amma yaxşı məşqçilik sadəcə nəticə ilə deyil, həm də kollektiv formalaşdırması baxımından ölçülür. Bu cəhət Alesioda çox aşağıdır. Yerli futzalçılara yuxarıdan aşağı baxır. İnanmıram bundan sonra da bu münasibət düzəlsin. Amma yenə deyirəm, Alesio olmasa belə, Azərbaycanda onu əvəz edəcək mütəxəssislər yetərincədir. Bayaq adlarını çəkdiyim Rizvan, Vitali millidə də, "Araz Naxçıvan"da da çalışa bilər. Və əminəm ki, Alesiodan daha yaxşı nəticələr verə bilərlər. 

Alesio ilə bağlı bir məsələyə də toxunum. Rizvandan sonra komandanın kapitanı Rövşən Hüseynli ilə də bağlı problem yarandı. Əslində bu problem olmamalı idi. Dəqiq bilmirəm orda günah kimdədir, məsələnin içində olmamışam. Amma ən azı problem yaranıbsa və komandaya cavabdeh Alesiodursa, deməli, problemin bir ucu Alesiodadır. Mən belə düşünürəm". 

Araz Əhmədov ("SportFM.az" saytının baş redaktoru): "Jose Alesio Da Silva bir dəfə Azərbaycanı qoyub qaçıb, amma sonradan futzal federasiyası ona yenidən qucaq açdı. O elə bir mütəxəssisdir ki, heç vaxt özündə günah görmür. Alesionun bu günə qədər olan bütün müsahibələrinə diqqət etsəniz, görəcəksiz ki, komanda udur, özünü tərifləyir, uduzur, futzalçıları pisləyir. Bu, onun əsas prioritetidir. Alesio bizə yerli futzalçıların zəif olduğunu sübut etmək üçün əlindən gələni edir. Bəli, o hər kəsə göstərir ki, braziliyalı, iranlı oynamalıdı, azərbaycanlı yox. Uzun illərdir ölkəmizdə olan bu mütəxəssis bu günə kimi hansı yerli futzalçını üzə çıxarıb, şans verib?! Heç kimi! Pul varsa, Da Silva burdadı, pul olmayanda o da olmayacaq. Bu qədər bəsit. Dəfələrlə beynəlxalq oyunlar zamanı braziliyalı ilə bizim futzalçılar arasında insident yaşanıb. Haqsızlığa dözməyən bizim uşaqlar, onun tətbiq etdiyi ikili standartlara görə haqq səslərini ucaldıblar. Federasiya isə həmişə olduğu kimi susur".

Məsələyə qarşı tərəfin də münasibətini öyrəndik. Suallarımızı Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov cavablandırdı: 

"Bu cür söz-söhbət hər zaman olub, olacaq. İnanmıram ki, hansısa baş məşqçi hazır futzalçını kənarda saxlasın, başqasını cəlb eləsin. Bəyəm Alesio yerli oyunçulara şans vermir? Təbii ki, onun da öz tələbləri var. Kimliyindən asılı olmayaraq, futzalçı ona əməl etməlidir. İllərdir Rizvan, Rövşən, Ramiz, Xətai, İsa, Emin onun rəhbərliyi altında millidə və klubda oynayıb. Müxtəlif vaxtlarda da digər yerli oyunçulara şans verib. Amma "filankəsi mütləq oynatmalisan" tələbi ilə onu məcbur edə bilməzsən. Bu gün gənclərdən Xəzəri heyətə cəlb edib. Hətta Yunanıstanla rəsmi oyunda da meydana buraxdı. Nurlanla Oktayı Qazaxıstanla matçlarda yoxladı, Fərid Ələkbərov, Cavad Məmmədov klubda onun rəhbərliyi altında oynayır. Rövşəni milliyə dəvət edib. O, Polşa və Yunanıstanla qarşılaşmalarda həyətdə yer alırdı.

Martda Bakıda rəsmi oyunumuz var və bu məsələ nəzərdədir. Yəqin ki, Yunanıstanla oyundan əvvəl Rizvana təşəkkür ediləcək. Rizvan bu gün birinci liqada oynayır, yəni karyerasını tam başa vurmayıb, milli ilə vidalaşıb".

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2026
02:29

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

01:57

DÇ-2026: Ekvador millisi Almaniyanı "yıxdı", Fildişi Sahilindən inamlı qələbə

00:47

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X