Dekabrın 23-də Beyləqanda qətlə yetirilən Kamil Fərzəliyev Azərbaycanın yunan-Roma güləşi üzrə ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin ilk məşqçisi olub.
Fanat.Az xəbər verir ki, respublikanın əməkdar məşqçisi olan Fərzəliyev tanışı Rafiq Əliyevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirilərək öldürülüb.
Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Kamil Fərzəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.