Fevralın 1-5-də Xorvatiyanın paytaxtı Zaqrebdə 2023-cü ilin güləş üzrə ilk reytinq turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) arasında Azərbaycan milli komandasının üzvlərinin də yer aldığı yarış iştirakçıların ilkin siyahısını açıqlayıb.
Turnirdə ölkəmizi ümumilikdə 32 güləşçinin təmsil etməsi gözlənilir.
Sərbəst güləş: İslam Bazarqanov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), Əli Rəhimzadə, Hacı Əliyev (hər ikisi 65 kq), Hacımurad Hacıyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).
Qadın güləşi: Türkan Nəsirova, Mariya Stadnik (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), Murad Əhmədiyev, İslam Abbasov (hər ikisi 87 kq), Murat Lokyayev, Zamir Maqomedov, Arif Niftullayev (hamısı 97 kq), Sərxan Məmmədov, Beka Kandelaki, Sabah Şəriəti (hamısı 130 kq).