Sərbəst güləş üzrə Fransa yığmasının 23 yaşadək güləşçilər arasında Avropa çempionatı üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, ölkənin milli komandası tamamilə çeçenəsilli idmançılardan təşkil olunub.
Yarışda 61 kq-da Adam Bibulatov, 65 kq-da Xamzat Arsamerzuev, 70 kq-da Muhammed-Amin Sanqariyev, 74 kq-da Maqomed Deliev, 86 kq-da Raxim Maqomadov, 92 kq-da isə Adlan Visxanov qələbə uğrunda mübarizə aparacaqlar.