Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üç üzvü qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, yığma üzvlərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) yarışın baş mükafatına sahib çıxıblar.
Sizi qitə birinciliyinin üçüncü günündən hazırlanmış fotoreportajla tanış edirik.