16:24 04.07.2023 1398

Avropa çempionatında tarix yazan komanda vətənə qayıtdı

İspaniyada keçirilmiş U-20 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, iki qızıl, bir gümüş və üç bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb.

yığma komandanın böyük məşqçisi Arif Abdullayev təəssüratlarını AGF-nin mətbuat xidmətinə bölüşüb:

“10 çəkidən 6-sında medal qazandıq və komanda hesabında Avropa çempionu olduq. 2013-cü ildən sonra ikinci dəfə sərbəst güləşdə gənclər arasında komanda hesabında 1-ci yeri tutduq. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu uğurda payı və əziyyəti olan hər kəsə, o cümlədən federasiya rəhbərliyini təşəkkürümü bildirirəm. İspaniyada təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey yaxşı idi. Avqustda U-20 dünya çempionatı keçiriləcək. Xaçmazda fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçəcəyik. Son olaraq taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. İnanıram ki, bu yarışa da yaxşı hazırlaşıb, qızıl medallarla xalqımızı sevindirəcəyik”.

Avropa çempionu Ruslan Abdullayevin eyni mənbəyə dedikləri isə belə olub:

“Yarış yaxşı keçdi. Komanda olaraq Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə tam üstünlüklə qalib gələrək qızıl medal əldə etdim".

Digər Avropa çempionu, finalda erməni rəqibini yenən Ceyhun Allahverdiyev də AÇ barədə fikirlərini dilə gətirib:

“Finala qədər görüşlərim rahat alındı. Finaldakı rəqibim erməni idi. Bu qarşılaşma çətin keçdi. Şükürlər olsun ki, ona da qalib gələrək Avropa çempionu oldum. Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”.

Xatırladaq ki, qitə birinciliyində Ruslan Abdullayevlə (57 kq) Ceyhun Allahverdiyev (61 kq) qızıl, Yusif Dursunov (125 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X