Bu gün Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri də mübarizəyə başlayacaqlar.
Fanat.Az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) 1/8 finaldan mübarizəyə qoşulacaq.
O, yaponiyalı Tayq Onuşi ilə qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.
82 kq-da Rafiq Hüseynov çıxışına 1/8 finaldan başlayacaq. Onun rəqibi hələ bəlli deyil.
Beka Kandelaki (130 kq) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.