19:48 08.02.2024 558

“74 kq-da dünyanın ən güclü güləşçisi ola bilərəm” - Bayramov

Ötən il U-23 Avropa çempionatında qızıl medal qazanan Turan Bayramov dünya çempionatında 74 kq-da olimpiya lisenziyasını qazanmağa çox yaxın idi.

Fanat.Az xəbər verir ki, son anda bu şansı qaçıran Gəncə güləş məktəbinin yetirməsi qarşıdan gələn məsul yarışlara böyük həvəslə hazırlaşır.

23 yaşlı sərbəst güləşçi Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib:

– 2017-2023-cü illərdə ən nüfuzlu yarışlarda medallar qazanmısan. Yalnız pandemiyaya görə yarışların az olduğu 2020-ci il istisnadır. Karyerandan razısan?
– Bəli, 2017-ci ildən nəticələr verməyə başladım. Ancaq karyeramda əsas uğuru 2018-də əldə etdim. Həmin il yeniyetmələr arasında həm Avropa, həm dünya, həm də olimpiya çempionu, eləcə də böyüklər arasında Azərbaycan çempionu oldum. Bu, mənim karyeramda maddi-mənəvi dönüş nöqtəsi oldu. 2019-da gənclərdə Avropa çempionu və dünya üçüncüsü oldum. Həmin il heç kimin gözləmədiyi halda U-23 dünya çempionatında qızıl medal qazandım. Bu uğur özümə inamımı daha da artırdı. Pandemiya hər idmançı kimi, mənə də çətinlik yaratdı. 2021-ci ilin ilk aylarında 65 kq-da güləşsəm də, sonra 70 kq-da Avropa ikincisi oldum. Bu, böyük arenada ilk uğurum idi. Daha sonra güclü rəqabətin olduğu 74 kq-a keçdim. Bir müddət bu çəkiyə uyğunlaşma dövrü keçdim. Düzdür, həmin il bu çəkidə U-20 dünya üçüncüsü və Azərbaycan çempionu oldum. Bu çəkidə böyüklər arasında ilk böyük uğurumu 2022-ci ildə qazandım. Avropa çempionatında bürünc medal qazandım. Reytinq turnirlərində gümüş və qızıl medal qazandım. Dünya çempionatında 74 kq-da medal qazanmasam da, rəqiblərimi tanıdım və belə qənaətə gəldim ki, bu çəkidə dünyanın ən güclü güləşçisi ola bilərəm.

– 2021-ci ildə gözləmədiyin halda Olimpiadada iştirak etmək hüququ qazandın. Tokiodakı çıxışını necə xatırlayırsan?
– Olimpiya Oyunlarında iştirak mənim üçün sürpriz oldu. Yarışa 1 aydan az vaxt qalmışdı. Həmin çəkidəki idmançı zədələndiyi üçün Tokioya mən getməli oldum. Həyəcanlı idim. Hər idmançının arzusu Olimpiadada iştirak etməkdir. Sevinirəm ki, buna erkən nail oldum. Çoxları bir mərhələni belə keçə bilməyəcəyimi düşünürdü. Özümə inanırdım. Hətta medal qazanacağıma belə ümidim vardı. Psixoloji cəhətdən yarışa tam hazır idim. Püşk üzümə gülmədi. Çətin rəqiblərlə düşdüm. Digər qrupda yer alsaydım, medal qazana bilərdim. İstənilən halda, Olimpiadada iştirak mənim üçün böyük təcrübə və xoş xatirə oldu.

– U-23 Avropa çempionatında ilk dəfə 2019-cu ildə güləşdin. O zaman 18 yaşın vardı və ilk mərhələdə Rusiya güləşçisinə məğlub oldun. 4 il sonra ikinci dəfə bu yarışda iştirak etdin və rəqiblərinə çətinlik çəkmədən qalib gələrək çempion oldun. Belə rahat qələbə gözləyirdinmi?
– Hərbi xidmətdə olduğum üçün cəmi 2 ay idi təlim-məşq toplanışlarında iştirak edirdim. Buna qədər böyüklər arasında Avropa çempionatında və digər mühüm yarışlarda uğurlu çıxış etmişdim. Bu üzdən U-23 Avropa çempionatında qalib gələcəyimə şübhə etmirdim. 4 görüş keçirdim və yalnız finalda rəqibimə 1 xal verdim. Düzdür, həlledici qarşılaşma 1:1 hesabıyla başa çatdı. Ancaq finalı da rahat keçirdiyimi deyə bilərəm. 

– Dünya çempionatında yarımfinala qədər gözəl güləş nümayiş etdirdin. Əslində olimpiya, dünya və Avropa çempionu Zaurbek Sidakovla görüşə də pis başlamamışdın. Rəqibinin bu çəkinin əsas favoriti olması səni həyəcanlandırırdı?
– Bu, son 3 ilin ən güclü dünya çempionatı idi. Favoritlər həddən çox idi. Görüşün əvvəllərində etdiyim fənd uğurlu olsaydı, nəticə fərqli ola bilərdi. Böyük güləşçilərin psixoloji hazırlığı daha yüksək olur. Sidakovun təcrübəsi sözünü dedi. Bu yarışda qələbələrimin də, məğlubiyyətlərimin də mənə çox faydası oldu. Öz gücümə inamım artdı, psixoloji hazırlığım yüksəldi. Rusiyanın digər güləşçisi Timur Bijoyev hərbçilərin dünya çempionatı ərəfəsində Sidakova 3:2 hesabıyla qalib gəlmişdi. Məhz qeyd etdiyim inam və psixoloji hazırlıqa Bakıda Bijoyevə qaib gələrək hərbçilər arasında dünya çempionu oldum.

– Belqradda olimpiya lisenziyası qazanmağa çox yaxın idin. Yunanıstanlı Avropa çempionu ilə lisenziya uğrunda görüşün ilk hissəsini 8:0 öndə tamamlamışdın. İkinci hissədə nə baş verdi ki, qarşılaşma məğlubiyyətlə nəticələndi?
– Yarımfinalda və bürünc medal uğrunda görüşdə məğlubiyyət məni bir qədər həvəsdan salmışdı. Buna baxmayaraq ilk hissədə yaxşı güləşdim. Ancaq arxayınlaşmaq mənə baha başa gəldi. Heç nədən rəqibə xallar verdim. Fikirləşirdim ki, rəqibə maksimum 4 xal verib, qələbə hesabını sonadək qoruyaram. Bu, mənim ən böyük səhvim oldu. Hətta hesab 8:8 olanda da, xalların keyfiyyətinə görə üstünlük məndə idi. Ancaq passiv güləşə görə 3-cü xəbərdarlığı nəzərdən qaçırdım. Bu məğlubiyyət mənə çox pis təsir etdi. Karyeram boyunca nadir hallarda rəqiblərimə bu qədər xal verirəm. Bu məğlubiyyətin yeganə səbəbini həddən artıq arxayınlaşmaqda görürəm. Qarşıda bizi lisenziya turnirləri, Olimpiada gözləyir. Bu səhvləri aradan qaldırmalıyam.

– Qısa vaxt ərzində 2 ağır yarışda – həm Avropa çempionatında, həm də Avropa Olimpiya Təsnifat turnirində güləşmək çətin olmayacaq?
– Çəkisalma ilə bağlı problemim yoxdur. Bir çox rəqiblərim qitə birinciliyində iştirak edəcək. Lisenziya turniri ərəfəsində onlarla güləşmək yaxşıdır. Nəyə qadir olduqlarını, güclü və zəif tərəflərini biləcəyəm. Bu yarışda iştirak lisenziya turnirində daha yaxşı güləşməyə imkan verəcək.

– Bəzi güləş azarkeşləri belə düşünür ki, 65 kq-da karyeranı davam etdirsəydin, daha uğurlu çıxış edə bilərdin. Bu barədə nə deyə bilərsən?
– Çəkimi mütləq şəkildə qaldırmalıydım. Əslində 70 kq-da bir-iki il çıxış etdikdən sonra olimpiya çəkisinə keçməyi planlaşdırırdım. Həmin çəkidə dünya və Avropa çempionu ola bilərdim. Ancaq mən daha çətin yolu seçdim. Güclü rəqabətin olduğu 74 kq-da güləşməyə üstünlük verdim. Çünki xəyalım olimpiya çempionu olmaqdır. Tokioda güləşməsəydim belə çəkimi artırmaq məcburiyyətindəydim. 65 kq-da qalsaydım, istənilən qədər gücüm olmayacaqdı. Bir çoxu çəkisini zorla saxlayır və bunun inkişafına mane olur. Əvvəllər fiziki cəhətdən çətinlik çəkirdim. Artıq məşqçilərimizin səyi nəticəsində bu çatışmazlığı aradan qaldırmışıq. 74 kq-da özümü çox yaxşı və hazırlıqlı hiss edirəm.    

– Əvvəllər görüşlərin daha çox minimal hesabla başa çatırdı. Önə keçdikdən sonra müdafiəyə çəkilib, hesabı qorumağa çalışırdın. Ancaq ötən il kifayət qədər baxımlı və hücumameyilli güləş nümayiş etdirdin. Təkcə U-23 Avropa çempionatı və dünya çempionatını qeyd etmək kifayətdir. Bu 2 yarışlarda rəqiblərindən 69 xal aldın. Güləş üslubunu, taktikanı dəyişmisən?
– Karyeramın ilk illərində dinamik güləşirdim. Hər görüşdə orta hesabla 6-7 xal alırdım. Sonraki dövrdə qarşılaşmalarımda 1-2 xalla kifayətlənirdim. Bəlkə də çətinlik çəkirdim. Baş məşqçi Xetaq Qazyumov və böyük məşqçi Cəbrayıl Həsənov mənə hücum üslubunu aşıladı. Təcrübəmin artmasının da bunda rolu var.

– Qoldan atma və badalaq fəndini son vaxtlar daha çox işlədirsən və yetərincə uğurlu alınır. Bu fəndlərin üzərində xüsusi hazırlaşırsan?
– Yeniyetmə yaşlarımdan bu fəndləri işlədirəm. Müdafiə üslubunda güləşəndə o qədər də istifadə etmirdim. Məşqçilərimiz gördü ki, bu fəndlər məndə yaxşı alınır. Bunun üzərində daha çox işləməyimi tələb etdilər. İndi yenidən yeniyetməlik dövründəki kimi dinamik güləşirəm.

– Avropa çempionatında öz gücünü tam ortaya qoyub çempionluğu hədəfləyirsən, yoxsa məqsədin sırf rəqibləri analiz etmək və öz potensialını qismən gizlətməyi düşünürsən?
– Tam gücümü ortaya qoymalıyam ki, güclü və zəif tərəflərimi bilim. Bu yarışda daha öncə gümüş və bürünc medal qazanmışam. Bu dəfə çempionluq uğrunda güləşəcəyəm. Slovakiya, Rusiya və Belarus güləşçiləri əsas rəqiblərimdir. Onları təhlil etməliyəm. Lisenziya turniri öncəsi bu, mənim üçün çox vacibdir. Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək. İnanıram ki, doğma azarkeşlərin dəstəyi ilə Paris-2024-ə vəsiqə qazanacağam.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

Facebookdan bizi izləməyi unutmayın.
X