Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmadan sonra Cəfərovun bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcəyi dəqiqləşib.
Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib - 8:0. Medal görüşləri axşam seansında baş tutacaq.