Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.
Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.