
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, onun ilk rəqibi Tambi Roland (Kamerun) qarşılaşmadan imtina edib.
İslam 1/4 finalda Ali Momenijoujadeni (İran) 4:2, yarımfinalda isə Said Zazaini (Əfqanıstan) 10:0 hesabı ilə yenib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.