
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı "Tirana"da keçirilən Avropa çempionatında bu gün mübarizəyə start verəcəklər.
Fanat.Az xəbər verir ki, qitə yarışının ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.
Startda beş idmançımız - Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) gücünü sınayacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.