
Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatı (U-17) davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Onlardan 3-ü Gürcüstan güləşçisi ilə qarşılaşacaq. Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze, Rəşid Nazarov (65 kq) Bidzina Jintçaradze, Nihad Süleymanlı (80 kq) isə Rati Revazaşvili ilə üz-üzə gələcək. Bundan başqa, Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla, 1/8 finalda isə Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit ilə qarşılaşacaq.
Həmçinin bu gün üç Azərbaycan güləşçisi medal qazanmağa çalışacaq: Nuray Cəfərli (46 kq) və Fatimə Bayramova (53 kq) bürünc medal uğrunda, Simurə Abdullayeva isə (69 kq) əvvəlcə təsəlliverici görüşdə mübarizə aparacaq.
Hazırda Azərbaycanın aktivində 7 (1-3-3) medal var.
Yarışa mayın 17-də yekun vurulacaq.