
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı start götürür.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə döşək üzərinə yunan-Roma güləşçiləri çıxacaq.
Avqustun 2-nə qədər davam edəcək dünya çempionatında bu gün Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxacaq.
İdmançılarımız saat 10:30-dan etibarən mübarizəyə başlayacaqlar.
Təsnifat mərhələsi
55 kq
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
65 kq
Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
80 kq
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
110 kq
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
1/8 final
48 kq
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edəcək.