
Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün növbəti görüşlər baş tutacaq.
Dünya çempionatının ikinci günündə Azərbaycanın 8 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq. Onlardan 5-i təsnifat mərhələsində mübarizəyə indi qoşulursa, digər 3-ü artıq medal üçün güləşəcək.
Dünən yarımfinalda uduzan Ömər Salmanovla (48 kq) Orxan Həbibli (65 kq) bürünc medal qazanmaq üçün mübarizə aparacaqlar.
İsfahan Həsənov (80 kq) isə mundialın qızıl medalına yiyələnmək şansına malikdir. O, finalda iranlı Alireza Rezayi ilə münasibətləri aydınlaşdıracaq.
Təsnifat mərhələsində baş tutacaq görüşlərə gəlincə, 5 çəki dərəcəsində idmançılarımızın rəqibləri bunlardır:
45 kq
Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)
51 kq
Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)
60 kq
Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)
71 kq
Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)
92 kq
Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Mirağa