
Bakıda keçirilən U-17 dünya çempionatına bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın sonuncu günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov qızıl medal uğrunda görüşə çıxacaq.
51 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.
Qeyd edək ki, yyunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.