00:23 13.02.2020 2184

Rafiq ikiqat Avropa çempionu oldu, Murad və Ülvü "bürünc" qazandı

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.


Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqar güləşçiyə vaxtından əvvəl qalib gəlib. Estoniya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin olimpiya çempionu Avropa çempionatının bürünc medalını qazanıb.
İslambek Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.


Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən Ülvü üçüncü yarış günündə təsəlliverici görüşə çıxıb. Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına 4-cü bürünc medalı yazıb.


Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısıyla üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub.


Orxan Nuriyev ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.

Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.

60 kq
Təsnifat:Murad Bazarov- Yakopo Sandron (İTA) 2:1
1/4 final: Murad Bazarov - Gevorq Qaribyan (ARM) 0:8
Təsəlliverici görüş:Murad Bazarov- Avqustin Boyanov Spasov (BUL) 9:1
Bürünc medal görüşü:Murad Bazarov- Helari Maeqisalu (EST) 9:0

67 kq
Təsnifat: İslambek Dadov - Kristian İştvan Vança (HUN) 7:8

72 kq
1/8 final:Ülvü Qənizadə- Stoyan Stoyçev Kubatov (BUL) 6:1
1/4 final: Ülvü Qənizadə - Frank Ştebler (GER) 0:8
Təsəlliverici görüş:Ülvü Qənizadə- Anatoli Popov (MDA) 8:0
Bürünc medal görüşü:Ülvi Qənizadə- Adam Kurak (RUS) 3:1

82 kq
1/8 final:Rafiq Hüseynov- Tirone Sterkenburq (NED) 8:0
1/4 final:Rafiq Hüseynov- Boqdan Kurinnoy (SWE) 3:2
1/2 final:Rafiq Hüseynov- Çiro Russo (İTA) 7:1
FİNAL:Rafiq Hüseynov- Daniel Tixomirov Aleksandrov (BUL) 2:1

97 kq
Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (POL) 0:9

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X