16:57 04.03.2020 2514

Sənan Süleymanov: "Sevdiyim fənd rəqibi sinə üzərindən atmaqdı, bir də "perevod" - MÜSAHİBƏ

Güləş üzrə son Avropa çempionatında Sənan Süleymanovun vətənə "qızıl”la dönəcəyinə az adam inanardı. 23 yaşlı yunan-Roma güləşçisinin İtaliyanın paytaxtında sərgilədiyi performans hamımızı qürurlandırdı. İndi qitə birinciliyində fəxri kürsünün ən yüksək mərtəbəsinə yüksələn debütantın uğurun ardını gətirəcəyinə inananlar çoxdu.


77 kiloqram çəki dərəcəsində Avropanı fəth edən gənc pəhləvanın Fanat.Az-a verdiyi müsahibə ilə tanış olun:


- Yunan-Roma güləşinə hansı güləşçidən ilham alaraq başlamısan?

- Güləşə Fərid Mansurovdan ilhamlanaraq başlamışam. Onun görüşlərini uşaqlıqda böyük həvəslə izləyirdim.


- Yerli və ya əcnəbi kumirin varmı?

- Əcnəbilərdən kimisə deyə bilmərəm. Mənim kumirim Rövşən Bayramovdu.


- Yunan-Roma güləşini baxımsız sayanlar da az deyil. Üstəlik, 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramından çıxarılmaq ehtimalı da var. Sənin buna münasibətin?

- Təbii ki, münasibətim yaxşı deyil. Kimsə belə düşünə bilər. Öz haqqıdı. Mənə görə yunan-Roma güləşi daha baxımlıdı. Gözəl fəndlər var. Belə bir qərar qəbul etsələr, səhvə yol verərərlər. Yunan-Roma güləşinə qarşı çox böyük haqsızlıq olar.


- Olimpiadaya getmək yolunda Elvin Mürsəliyev, Rafiq Hüseynov, Həsən Əliyev kimi rəqiblərin var. Şansını necə dəyərləndirirsən?

- Əlbəttə ki şansım var. İnanıram ki, lisenziya ala biləcəm, özümə güvənirəm, Təbii, olimpiadadan medalsız da qayıtmaq istəmərəm. Doğrudu, iştirak etməyin özü belə uğurdu. Ancaq mən medalsız qayıtmaq da istəmərəm. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm.

 

- Güləşçilər adətən futbol oynamağı və izləməyi sevir. Sənin futbolla aran necədi?

- Futbol ən sevdiyim idman növlərindən biridi. Özüm tez-tez futbol da oynayıram, öz məşqlərimdən kənar vaxtlarda.

  

- Azarkeşlik etdiyin komanda varmı?

- Azerkeşlik etdiyim yerli komanda "Qarabağ”dı. Hərdən Bakıda olanda, "Qarabağ”ın oyunlarını gedib stadiondan izləyirəm. Xarici kulublar arasında isə "Barselona”nı fərqləndirərdim.

 

- Hər güləşçinin sevimli fəndi olur. Səninki hansıdı?

- Güləşdə fəndi sevmək belədi ki, hər fənd güləş vaxtı, məqamından asılı olaraq ortaya çıxır. Ən çox işlətdiyim fənd rəqibi sinə üzərindən atmaqdı. Bir də sevdiyim "perevod”du .

 

Elçin Aslangil

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X