Avropa Güləş Federasiyasının (UWW-EU) 80 yaşlı prezidenti Tseno Tsenov vəfat edib.
Fanat.Az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra bir neçə gün öncə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Güləşin inkişafında böyük xidmətləri olan Tsenov xüsusilə, 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi.
Qeyd edək ki, dünyasını dəyişən bolqar başqan 1996-cı ildən bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə sözügedən təşkilatın prezident seçkilərində qalib gəlmişdi. O, həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.
Fanat.Az