Güləş üzrə Azərbaycan yığma komandasının üzvü Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) "Instagram” səhifəsində keçirilən "Fantasy Wrestling" adlı virtual yarışın qalibi olub.
Fanat.Az xəbər verir ki, adın güləşçilər arasında təşkil olunan onlayn turnirdə dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Stadnik kanadalı Olimpiya çempionu Erika Uibe və türkiyəli güləşçi Yasemin Adara qalib gələrək finala yüksəlib.
Həlledici mərhələdə rusiyalı Olimpiya çempionu Nataliya Vorobyevanı üstələyən Mariya onlayn turnirdə birinci olub.
Fanat.Az