11:34 30.06.2020 1896

Millimizin güləşçisinin iştirak etdiyi qətl hadisəsinin təfərrüatı açıqlandı

Rusiyanın Dağıstan Respublikasının İstintaq Komitəsinin Təhqiqat İdarəsi "Dağavtodor"un keçmiş rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğlu Abdulbəşir Ömərovun rezonans doğuran qətli faktı üzrə cinayət işinin təfərrüatlarını açıqlayıb.

Fanat.az "Report"a istinadən xəbər verir ki, iyunun 23-də Mahaçqalanın mərkəzində törədilmiş hadisə üzrə respublikanın Xalq Yığıncağının deputatı, Şamil rayonunun keçmiş rəhbəri Məhəmməd Asiyatilovun övladları Suraqat və Hüseyn Asiyatilov, həmçinin Azərbaycanın sərbəst güləş millisinin üzvü, Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Nurməhəmməd Hacıyev şübhəli şəxslər qismində axtarışa veriliblər.

Qətl Dağıstanın məşhur insanlarının nümayəndələri olan gənclər arasındakı münaqişə nəticəsində baş verib. İyunun 23-də saat 22:00 radələrində onlar Lenin komsomolu adına parkın ərazisində mübahisə ediblər. Abdulbəşir Ömərov gözlənilmədən Suraqat Asiyatilovun sifətinə zərbə endirib. Daha sonra o, öz avtomobili ilə münaqişə məkanını tərk edib.

Zərərçəkən qisas məqsədilə A.Ömərovu öldürməyi qərara alıb. O, qardaşı Hüseyni və tanışlarını köməyə çağırıb və silahla gəlmələrini xahiş edib. Saat 22:40 radələrində münaqişə tərəfləri yenidən görüşüblər. Bu dəfə onlar Akuşin prospektindəki "Mahaçqala Su Kanalına məxsus ərazidə üz-üzə gəliblər.

Tapança ilə silahlanmış S.Asiyatilov A.Ömərovla davaya girişib. Hadisə yerindəki gənclər onları ayıraraq, barışdırmağa cəhd ediblər. Lakin bu an əraziyə H.Asiyatilov və N.Hacıyev 20 nəfərlə birgə özlərini çatdırıblar.

Bunu görən A.Ömərov qaçmaq istəyib. Lakin qardaşlar və güləşçi ona hücum edərək, asfalta səriblər. İş adamının yaxın qohumuna bir neçə atəş açan "trio" hadisə yerini tərk edərək, gizlənib. Yaralı isə xəstəxanada ölüb.

Suraqat və Hüseyn Asiyatilov, eləcə də Nurməhəmməd Hacıyevə qarşı "Əvvəlcədən əlbir olaraq, qrupla qətl törətmə" və "Qanunsuz silah dövriyyəsi" maddələri üzrə cinayət işi qaldırılıb. Onlar axtarışa veriliblər.

Azərbaycan Güləş Federasiyası "Report"a Nurməhəmməd Hacıyevin cinayətdə birbaşa iştirak etmədiyini bildirib. 

Qeyd edək ki, Nurməhəmməd Hacıyev Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb. 

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X