10:57 07.01.2021 1222

Dünya çempionu: "Hacı Əliyev məni bilərəkdən zədələmədi"

Rusiya sərbəst güləşçisi Hacımurad Rəşidov Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda Azərbaycan təmsilçisi Hacı Əliyevlə 1/8 final görüşündə aldığı zədəni sağaldır.

Fanat.Az xəbər verir ki, bu barədə 65 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı dünya çempionu "wrestdag"a müsahibəsində açıqlama verib.

Rəşidov hazırda həkim nəzarətində olduğunu və bu ay məşqlərə başlaya biləcəyini söyləyib: "Həkimlər diz qapağında problem aşkarlandığını, amma əməliyyata ehtiyac olmadığını söylədilər. Görüş vaxtı çiyinlərimdən sanki bir dağ düşdü, ən pisini gözləyirdim. Özüm ayağa qalxa bilmədim, diz qapağım qopdu və dərhal yerinə yerləşdirildi. Üç gün ağrıkəsici iynələr vuruldu. Daha sonra yaxşılaşdım və sərbəst hərəkət edə bildim".

Dağıstanlı güləşçi azərbaycanlı rəqibinin onu bilərəkdən zədələmədiyini sözlərinə əlavə edib: "Heç kim nələrin olacağını bilmir. Ümumiyyətlə, bu vəziyyətdə özümü müdafiə etməyi bacarıram. Həmin an mən artıq ayağımı buraxırdım, amma Hacı Əliyev dabanımdan tutub çiynini ayağıma basdı. Amma qəsdən hərəkət etdiyini düşünmürəm. Heç bir qayda pozuntusu olmadı. Belə bir vəziyyətdə mən onun yerində ola bilərdim, o da mənim yerimdə".

Rəşidov "Sizin üçün erməni idmançısı Vazgen Tevanyanın çempion olması gözlənilməz idi? Digər əsas rəqibləriniz niyə qalib ola bilmədi" sualına belə cavab verib: "Hacı Əliyevin Qırğızıstandan olan rəqibini çətinliklə məğlub etdiyi ikinci döyüşündən sonra qalib gəlməyəcəyini anladım. Onun qabırğasını zədələndiyi deyilir. Nə olsun? Ötənilki dünya çempionatında bütün döyüşləri qabırğam sınıq vəziyyətdə keçirdim və hamısında qələbə qazandım".

Qeyd edək ki, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Dünya Kubokunda bürünc medal qazanıb. (Report.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X