12:35 29.01.2021 2178

Müharibədə iştirak etmiş dünya çempionu: “Üç gün minaatanın atəşi altında qaldıq” - FOTO/VİDEO

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın idmançıları da hərbi qulluqçu kimi ölkəmizin ərazi bütövlüyü üçün çalışdı. Bunlardan biri də sərbəst güləşçi, yeniyetmə və gənclər üzrə Avropa çempionu, gənclər üzrə dünya çempionu Əfqan Xaşalovdur.

Bu ay ordudan tərxis olunan Əfqan Xaşalov Oxu.Az-a müsahibəsində həm hərb həyatından, həm də güləşdəki gələcəyindən danışıb.

- Hərbiyə nə vaxt çağırıldınız?
- Ballıqayada bir ay həqiqi hərbi xidmətdə olduğum üçün sentyabrın 21-də ikinci dəfə hərbiyə çağırıldım. Bir ay təlimdə oldum, üç ay da cəbhə zonasında.

- Hərbi mükəlləfiyyətiniz nə idi?
- Manqa komandiri kimi xidmət etdim. Mənə təhkim olunan silah NSV (Nikitina-Sokolova-Volkova) pulemyotu idi.



- Ərazi olaraq haralarda qulluq etdiniz?
- Əvvəl Gəncədə, sonra Şəmkirin kəndində olduq. Oradan Daşkəsənə, sonra Füzuli, Şuşa və Kəlbəcərə getdik.

- Döyüşlərə nə vaxt qoşuldunuz?
- Noyabrda Füzulinin kəndlərinin azad olunması üçün döyüşlərə qatıldıq.

- Elə an oldu ki, döyüşdə şəhid ola bilərdiniz?
- Demək olar ki, döyüşdüyümüz hər gün... 10 km hər gün arxaya qayıdıb tabora təminat gətirirdim. Ermənilərin snayperləri yolun koordinatını bilirdi, onların güllələri altında gedirdim. Sol gözümə giliz də dəyib. Hətta Füzulidə hospitala apardılar. Amma bir gündən sonra qayıdıb, yoldaşlarıma qoşuldum. İndi sol gözümlə problemlər yaranıb.



- Bəs Şuşadakı döyüşlərdə iştirakınız nə dərəcədə olub?
- Biz həmin vaxt XTQ-nin arxasınca gedirdik. Beş günə 80 kilometr piyada yol getdik. Şuşada yaralılara yardım edirdik, onları yaxınlıqdakı təcili yardım avtomobillərinə çatdırırdıq. Ermənilər hətta təcili yardım maşınlarımızı da vururdular. Üç gün minaatanın atəşi altında qaldıq.

- Nə vaxt tərxis olundunuz?
- Yanvarın 12-də...



- Adətən müharibədən qayıdanlar arasında psixoloji və sağlamlıq problemi yaşayanlar olur. Sizdə bu məsələdə heç bir problem yoxdur ki?
- Hələ orada olanda Azərbaycan Güləş Federasiyasından tez-tez mənimlə əlaqə saxlayırdılar. Hərbi biletimi götürəndən sonra da federasiya mənimlə maraqlandı. Şükür Allaha, yaxşıyam. Qazaxın Yuxarı Salahlı kəndindənəm. Yəni, kənd uşağı olduğum üçün növbəti dəfə də hərbiyə çağırılsam, səhhətlə bağlı problem yaşamaram. Hərbidən qayıtdıqdan sonra sağlamlıqla bağlı problem özünü hələ ki büruzə verməyib. 



- Hərbi xidmətlə bağlı maraqlı hansı xatirələriniz oldu?
- Şuşada erməni evlərindən birinə girəndə qənimət kimi idman ayaqqabısı götürmüşəm. Hələ də onu geyinirəm (gülür). Hara gedirdimsə, oradan salam göndərirdim. Güləşçilərimizdən Rəşad Yusifli Kəlbəcərdən idi. Ona oradan salam yollamışdım.



- Şuşadakı məsciddə namaz qıldınız?
- Əlbəttə. Ermənilər oranı bərbad günə salmışdılar. Amma təmizlədik, camaat namazı qıldıq.

- Müharibə qurtardıqdan sonra orada kiminləsə güləşmək imkanınız oldu?
- Kəlbəcərdə olanda bəli. Qabağıma kim keçirdisə, güləşirdim (gülür). Axşamlar məşq, turnik edirdim, "jim” vururdum ki, formadan düşməyim.



- Hərbidən qayıtdıqdan sonra məşqlərə nə vaxt başladınız?
- Yanvarın 20-dək Qazaxda yüngül qaçışa başladım. Daha sonra Bakıda milli ilə təlim-məşq toplanışına qoşuldum. Çəki ilə bağlı heç bir problemim də yoxdur. Necə getmişdimsə, eyni çəkidə də qayıtmışam.



- Mübarizə apardığınız 57 kiloqram Olimpiya çəki dərəcəsi hesab olunur. Bu çəkidə isə güclü rəqabət var. Bu ay Fransada keçirilmiş Qran Pridə həmin çəkidə millimizin üç üzvü - Mahir Əmiraslanov, İslam Bazarqanov və Georgi Edişeraşvili iştirak edib. Martda Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə bir idmançı aparılmalıdır...
- Şükür Allaha, hər üç idmançı ilə də qarşılaşmışam. Üçü də yaxşı güləşçidir, ancaq onlara Azərbaycan çempionatında da, Yaşar Doğunun xatirəsinə həsr olunmuş Türkiyədə keçirilən turnirdə də qalib gəlmişəm. İlk sınağım 26-28 fevralda Ukraynanın paytaxtı Kiyevdə olacaq. Məncə, orda özünü göstərə bilən idmançı da Macarıstana aparılacaq.



- Soyadına görə, bəzən media işçiləri belə sizi dağıstanlı kimi təqdim edir. Yəqin özünüz də rast gəlmisiniz...
- (gülür) Rast gəlmişəm. Məni ləzgi bilirlər. Hamıya deyirəm ki, qazaxlı balasıyam.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X