Azərbaycan güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdəki beynəlxalq turnirdə ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 65 kq-da yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Qor Ohannesyanla qarşılaşıb.
Bayramov erməni rəqibinə 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə təşkil olunan ənənəvi yarışda Azərbacanın 11 güləşçisi mübarizə aparır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol