21:00 21.03.2021 985

“Bu, mənim üçün doğum günü hədiyyəsi oldu" - İslam Abbasov

Yunan-Roma güləşində Azərbaycanın ilk olimpiya lisenziyasının sahibi İslam Abbasov oldu.
 
Fanat.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində 87 kq-da Olimpiadaya vəsiqə qazanan həmyerlimiz 1/8 finalda Daniel Aleksandrov (Bolqarıstan), 1/4 finalda Kristoffer Berq (İsveç), yarımfinalda isə Ramon Betşart (İsveçrə) üzərində qələbə qazandı. 
 
3 gündən sonra 25 yaşı tamam olacaq güləşçimiz Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:
 
"Bu yarışa hazırlığımız Belarusda başladı. Minskdə 20 günlük təlim-məşq toplanışı keçdik. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yarışa yaxşı hazırlaşdığımızı söyləyə bilərəm. Sevinirəm ki, Olimpiadaya lisenziya əldə edə bildim. Olimpiya Oyunlarında iştirak etmək və orada medal qazanmaq hər idmançının arzusudur. Bu, mənim üçün doğum günü hədiyyəsi oldu. Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm. Çünki bu lisenziyanı ölkəm adına qazanmışam. Mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
 
Əslində Olimpiya Oyunlarına daha çox vəsiqə qazana bilərdik. Uşaqlar lisenziyanın bir addımlığında dayandılar. Ancaq inanıram ki, mayda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində də lisenziyalarımız olacaq. Komanda yoldaşlarıma bu yolda uğurlar arzulayıram. Mənim bundan sonrakı hədəfim isə Olimpiadaya daha da yaxşı hazırlaşıb, Tokioda uğurlu çıxış etməkdir”.
 
Qeyd edək ki, Budapeştdə güləşçilərimiz ümumilikdə 3 lisenziya əldə edib. Bununla da Tokio Olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Olimpiya Oyunlarında sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacağıq.
 
Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdi

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X