22:34 20.04.2021 1021

AÇ: Turan gümüş, Əfqanla Əli bürünc medal qazandı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 9 idmançısı mübarizə aparıb. Onlardan biri qızıl, dördü bürünc medal uğrunda qüvvəsini sınayıb, digər 4 güləşçimiz ilk görüşünə çıxıb.  
 
Avropa çempionatı
Sərbəst güləş

20 aprel
 
57 kq
Əfqan Xaşalov bürünc medal uğrunda görüşə çıxıb. O, Aryan Tsiutrinlə (Belarus) dueldən qalib ayrılaraq, AÇ-ni üçüncü pillədə başa vurub.
 
61 kq
Əhmədnəbi Qvarzatilov 1/8 finalda Viktor Lizenlə (Almaniya) dueldən qalib ayrılıb – 10:0. O, 1/4 finalda Andrey Celeplə (Ukrayna) qarşılaşıb və 9:12 hesabıyla uduzub. Buna baxmayaraq, idmançımız təsəlliverici görüşə çıxmaq şansı qazanıb. Qvarzatilov Vladimir Yeqorovla (Makedoniya) qarşılaşacaq.
 
65 kq
Əli Rəhimzadə üçüncülük mübarizəsində qüvvəsini sınayıb. O, Andrey Svirid (Ukrayna) ilə qarşılaşmadan 3:2 hesabıyla qalib ayrılaraq, bürünc medala sahib çıxıb.
 
70 kq
Turan Bayramov final görüşündə mübarizə aparıb. Həmyerlimiz rusiyalı İsrail Kasumova uduzaraq, gümüş medalla kifayətlənib.
 
74 kq
Əşrəf Aşırov startda Fazlı Eryılmazla qarşılaşıb. O, 1/16 final görüşündə Türkiyə təmsilçisinə 2:3 hesabı ilə uduzub.
 
86 kq
Hacımurad Məhəmmədsəidov startda Artur Nayfonovla (Rusiya) üz-üz gəlib. 1/8 final görüşü güləşçimizin 2:10 hesablı məğlubiyyəti ilə başa çatıb. Məhəmmədsəidov da rəqibi uğurlu çıxış etdiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, Nazim Aminlə (San-Marino) qarşılaşacaq.
 
92 kq
Osman Nurməhəmmədov ilk cəhdində almaniyalı  Robin Ferdinandla qarşılaşıb. 1/8 final görüşündən 10:4 hesabıyla qalib ayrılan idmançımız 1/4 finalda Axmed Maqamayevlə (Bolqarıstan) qarşılaşıb. Bu rəqibini də 7:2 üstələyən Osman, yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda Maqomed Kurbanovla (Rusiya) üz-üzə gəlib və 3:6 hesabıyla məğlub olub. Nurməhəmmədov bürünc medal görüşündə Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
79 kq
Rəşad Yusifli bürünc medal uğrunda görüşdə Latviya təmsilçisi  Alans Amirovsa (Latviya) 3:4 hesabı ilə uduzub.
 
97 kq
Şamil Zubairov təsəlliverici görüşə çıxıb. O, Moldova təmsilçisi Radu Lefterlə gərgin dueldən qalib ayrılıb - 14:9. İdmançımız bürünc medal mücadiləsində gürcü Elizbar Odikadzeyə uduzub. 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X