17:46 19.07.2021 1345

\"Qalır onlara bəslənən ümidi doğrultmaq\" - AÇIQLAMA

"Yunan-Roma güləşçilərimizin hazırlıqları yaxşı keçib. Hər ikisi Olimpiadaya özünü tam hazır hiss edir".

Bunu Fanat.Az-a açıqlamasında yunan-Roma güləşi üzrə millimizin məşqçisi Həsən Əliyev deyib. Azərbaycanı Tokio 2020-də təmsil edəcək "klassiklərimiz" Rafiq Hüseynov(77 kq) və İslam Abbasovun(87 kq) hazırlıq durumunu dəyərləndirən keçmiş dünya və Avropa çempionu, hər iki güləşçimizin "gündoğar ölkə"də bayrağımızı dalğalandırmaq iqtidarında olduğunu bildirib: 

"Rafiq də, İslam da Olimpiadada nəticə verə biləcək güləşçilərdir. Hansınısa fərqləndirmək istəməzdim. Hər ikisi Olimpiya Oyunlarına yaxşı hazırlaşıb. Hansısa problem yaradacaq zədələri yoxdur. Qalır, yarışa çıxıb onlara bəslənən ümidi doğrultmaq".

Püşkatmanın nəticəyə təsirindən də danışan Əliyev, İslam Abbasov üçün "tərs rəqib" sayılan ukraynalı güləşçinin əvvəlki qədər keçilməz olmadığını qeyd edib: "Xoş olar ki, güləşçilərimiz əsas rəqiblərlə ilk mərhələlərdə düşməsinlər. Amma məqsəd orada çempion olmaqdırsa, onsuz da əvvəl-axır güclülərlə qarşılaşıb udmalısan. Bir-iki nəfər nisbətən münasib rəqibi, məsələn, Afrika, Panamerika təmsilçilərini məğlub edib bürünc medala doğru getmək olar, ancaq çempion olmaq istəyirsənsə, gərək mərhələni düşünməyəsən. Fikrimcə, 77 və 87 kiloqram çəki dərəcələrində adı əsas favorit kimi çəkilən güləşçilərin Rafiq və İslamla görüşlərdə şansları nə qədərdirsə, bizimkilərinki də bir elədir. İslamın çətin rəqiblərindən olan Jan Belenyuk da əvvəlki kimi güləşmir".

Qeyd edək ki, Tokio 2020-nin güləş yarışları 1-7 avqust aralığında "Makuhari Messe" arenasında baş tutacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

Facebookdan bizi izləməyi unutmayın.
X