Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
Nərgiz Səmədova ilk görüşdə İsveç təmsilçisi Ami Olssona minimal hesabla (5:4) qalib gəlib. Ancaq 1/4 finalda ukraynalı Avropa çempionu Mariya Yefremovaya 0:10 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bu gün təsəlliverici görüşə çıxacaq. Təsəlliverici görüşdə rəqib Polşa idmançısı Viktoriya Kamela olacaq.