Ukrayna yunan-Roma güləşi millisinin əslən azərbaycanlı üzvü Pərviz Nəsibov (67 kq) Tokio 2020-nin finalına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, o, yarımfinal görüşündə misirli Məhəmməd İbrahim Əl-Sayedlə qarşılaşıb.
Nəsibov ilk hissədən sonra 0:5 hesabı ilə geridə olmasına baxmayaraq, ikinci yarıda əzmkarlıq nümayiş etidrərək, rəqibinə qalib gəlib - 7:6.
Onun qızıl medal uğrunda qarşılaşmadakı rəqibi iranlı Məhəmməd Reza Gerayi olacaq. Final görüşü avqustun 4-də keçiriləcək.
Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunun Muğanlı kəndində doğulub. İdmançı 6 yaşında olarkən ailəsi ilə Ukraynaya köçüb. O, cari ilin mayında Bolqarıstanda keçirilən Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə (Dünya Təsnifat) Azərbaycan təmsilçisi Rəsul Çunayevi məğlub etmişdi.
***
Ukrayna yunan-Roma güləşi millisinin əslən azərbaycanlı üzvü Pərviz Nəsibov Tokio 2020-nin yarımfinalına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, o, 1/8 finalda Danimarka təmsilçisinə 5:1, sonrakı mərhələdə isə rusiyalı dünya və ikiqat Avropa çempionu Artyom Surkova sonuncu xal prinsipinə əsasən qalib gəlib (1:1).
23 yaşlı güləşçi finala vəsiqə uğrunda misirli Mohamed İbrahim Elsayed ilə üz-üzə gələcək.
Qeyd edək ki, Nəsibov cari ilin mayında Bolqarıstanda keçirilən Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son təsnifat turnirində Azərbaycan təmsilçisi Rəsul Çunayevi məğlub etmişdi.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol