Tokio 2020-də keçirilən yunan-Roma güləşi üzrə finalda rusiyalı Musa Yevloyevə məğlub olan erməni Artur Aleksanyan döyüşün nəticəsindən narazı qalib.
Fanat.Az xəbər verir ki, döyüşdən sonra "Match TV"yə danışan Ermənistan təmsilçisi "Qazanmaq üçün Rusiyadan olmalısan!", - deyə ifadə səsləndirib.
O, hakimlərin rəqibin lehinə qərarlar verdiyini bildirib.
Qeyd edək ki, Yevloyevin qələbəsi sayəsində Rusiya Tokyo 2020-də medal sıralamasında beşinci pilləyə yüksəlib.
Emin Şəmsiyev