14:51 10.08.2021 1279

Məşqçi gənc olimpiyaçımızın çıxışını dəyərləndirdi: "İlk sınağından üzüağ çıxdı"

"Turan bundan sonra 74 kiloqram çəki dərəcəsində güləşəcək. Vətənə indilərdə dönüb, 4 gün sonra dünya birinciliyində iştirak üçün Ufaya yola düşəcək".

Bunu Fanat.Az-a Azərbaycanı sərbəst güləş üzrə Tokio 2020 Yay Olimpiya Oyunlarında təmsil edən Turan Bayramovun şəxsi məşqçisi Abil İbrahimov deyib.

İbrahimov yetirməsinin Olimpiadadakı çıxışından razı qaldığını bildirib: "Turanın 74 kiloqramda ilk yarışı idi. O, bu çəki üzrə heç Bakı çempionatında da güləşməmişdi. Birdən-birə Olimpiada kimi ağır yarışa qatıldığını nəzərə alsaq, narazı qalmaq üçün heç bir səbəb görmürəm. Turanın məğlub etdiyi ukraynalı Vasili Mixaylov zəif rəqib deyildi. Uduzduğu italiyalı Frank Çamizonu da bütün dünya tanıyır. Amma Turan onunla da çox layiqli mübarizə apardı. Qarşılaşmanı qələbə ilə də başa vurmaq olardı. Sadəcə, bəzi məqamlarda hakimlərin favorit idmançıya qarşı ənənəvi simpatiyası hiss edildi. Turan Çamizonu udsaydı, sonrakı mərhələni rahatlıqla keçərdi. Belarus güləşçisi Turanın Olimpiadanın ilk görüşündə qalib gəldiyi ukraynalını Dünya Təsnifat turnirində çox çətinliklə məğlub etmişdi. 

Ümumi götürəndə, Turan ilk sınağından üzüağ çıxdı. Hamı bunu təsdiqləyir. Daha çəkini 65 və ya 70 kiloqrama salmaq istəmirik. O, Paris Olimpiadasına qədər bütün yarışlarda 74 kiloqram çəki dərəcəsində güləşəcək. Turan vətənə indilərdə dönüb, 4 gün sonra dünya birinciliyində iştirak üçün Ufaya yola düşəcək. Orada məqsəd ancaq qızıl medaldır".

Mütəxəssis çalışdığı Gəncədə güləşin vəziyyətindən də söz açıb. O, idmanımıza Toğrul Əsgərov kimi Olimpiya çempionu bəxş etmiş ölkənin ikinci şəhərində maddi-texniki bazanın çatışmazlığından gileylənib: "Gəncədə yaxşı güləşçilər indi də yetişir. Abdurrəhman İbrahimov, Nurəddin Novruzov gələcəyin Toğrulu, Turanı ola bilərlər. Ancaq zallarımızın keyfiyyəti yaxşı deyil. Maddi-texniki vəsaitlərimiz çatışmır. Gələcəkdə öz adıma məktəb açmaq istəyirəm. İnşallah, onda bütün problemləri yoluna qoyacağıq".

Qeyd edək ki, 23 yaşadək güləşçilər arasında dünya, gənclərin Avropa birinciliyinin qalibi olan Turan Bayramov (74 kq) komanda yoldaşı Hacımurad Hacıyevin zədələnməsi səbəbindən son anda Tokio Yay Olimpiya Oyunlarına aparılıb. Böyüklər arasında son qitə çempionatının gümüş mükafatçısı ilk görüşdə Vasili Mixaylovu (Ukrayna) 4:2 hesabı ilə yensə də, 1/4 finalda ikiqat dünya çempionu, Rio 2016-nın bürünc mükafatçısı Frank Çamizoya (İtaliya) 1:3 uduzub. Rəqib sonrakı mərhələdə Belarus təmsilçisinə məğlub olduğundan idmançımız təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.

Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X