11:00 21.08.2021 1603

Olimpiya mükafatçımız: "Fasilə mənə baha başa gələr"

Tokio 2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov Fanat.Az-a müsahibə verib. Yunan-Roma güləşi millimizin 33 yaşlı üzvü gələcək karyerası, qarşıdakı dünya çempionatı və Olimpiadadan sonra insanların ona olan münasibətindən danışıb.

- Olimpiadadan sonra karyeranızı bitirəcəyiniz ehtimal olunurdu. Ancaq fərqli qərar verdiniz. 

- Olimpiadadan heç üç həftə keçməyib, amma indidən boşluq hiss etməyə başlamışam. Bəzən yoruluruq, tükənirik, ancaq idman, məşqlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gücüm yetdiyi qədər güləşmək istəyirəm. İdmandan uzaqlaşmağıma ancaq ciddi zədə səbəb ola bilər. İndiki halda sağlamlığım güləşməyə imkan verir. Avqustun 24-dən təlim-məşq toplanışına başlayırıq. Oktyabrda Osloda təşkil olunacaq dünya çempionatında iştirak etmək niyyətindəyəm.

- Sizin çəki dərəcəsində Olimpiya çempionu 35 yaşlı Tamaş Lorints oldu. Onun uğuru sizdə əlavə stimul yaratdı?

- Avropalıların idmana yanaşması ilə bizimki bir deyil. Orda mühit elədir ki, idmançı istədiyi vaxt yarışa qatıla bilər. Məsələn, hansısa vacib günü əsas gətirib böyük turnirdən imtina edə bilərlər. Açığı, onlar idmana əsasən hobbi kimi yanaşırlar. Amma bizdə həyatın tam mərkəzində olur. Ailədən, normal həyatdan uzaq qalırsan. Özümdən bir misal gətirim: İlk övladım dünyaya gələndə, mən məcburiyyətdən Bakıda deyildim.

Odur ki, bizdə idmançılar nisbətən tez karyerasını bitirməyə meyillidirlər.

Tamaş Lorintslə çox gözəl münasibətlərim var. Söz yox ki, böyük idmançıdır. Müəyyən mənada bəli, onun bu yaşda qazandığı nəticə mənə və mənim kimi bir neçə idmançıya stimul qatır. Bir məqam da var ki, yunan-Romanın indiki qaydaları yaşlı, təcrübəli güləşçilərə sərf edir.

- Adətən Olimpiya mükafatçılarını Oyunlardan sonra uzun müddət arenalarda görmürük. Bu baxımdan, cəmi iki ay sonra məsul yarışa qatılmağınız bir qədər təəccüblüdür.

- Bu işi davam etdirmək qərarı vermişəmsə, çəkilib kənarda dura bilmərəm. Bu, mənim xarakterimə ziddir. Üstəlik, indi elə bir yaşdayam ki, fasilə mənə baha başa gələr. Sonradan formamı bərpa etməyim mümkünsüz olar. Məcburam ki, özümü daim tonusda saxlayım.

- Mundialda 77, ya 82 kiloqram çəkidə güləşmək istəyirsiniz?

- 82 kiloqramda güləşəcəyəm. 77 kq-da yarışa bilərəm, amma bir məsələ var ki, orada bizim çox perspektivli idmançımız Sənan Süleymanov da çıxış edir. İndiki halda 82 ilə 77 kiloqramın arasında elə bir fərq yoxdur. 82-də də rahat güləşə biləcəyimi düşünürəm. 

- Dünya çempionatı ilə bağlı qarşınıza nə məqsəd qoymusunuz?

- Bu dünya çempionatı mənə görə əvvəlkilərdən çox fərqli olacaq. Osloya Olimpiya mükafatçısı kimi yollanacağam. Bu da təbii ki, rəqiblərimin mənə münasibətini dəyişməlidir. Özüm isə daha rahat güləşəcəyəm. Üzərimdə elə bir əlavə təsir olmayacaq. Düşünürəm, bu, yaxşı nəticə üçün mənə kömək edəcək. 

-Münasibət fərqindən söz düşmüşkən, Olimpiya medalçısı olduqdan sonra həyatınızda hansı dəyişiklikləri hiss edirsiniz?

- Bunadək iki dəfə Avropa çempionu, dünya mükafatçısı olsam da, əlbəttə, Olimpiya medalı tamam başqadır. Yolda-izdə bəzən insanlar tanıyır. Yaxınlaşıb, xoş sözlər deyirlər. Hiss olunur ki, nəzərlərində Olimpiya medalım bir yanadır, ermənini udmağım bir yana. Məni daha çox ermənini udmağıma görə tanıyırlar. Həmin qarşılaşmadan sonra dediyim kimi, mənə görə rəqibin haranı təmsil etməsinin fərqi yoxdur, amma həmvətənlərimiz buna prinsipial yanaşırlarsa, bir söz deyə bilmərəm. Çalışıram, mən də onlara ayaq uydurum.

- Azərbaycan Güləş Federasiyasının "instagram"" səhifəsinə müsahibənizdə bir maraqlı məqam var idi. Atanızın illər əvvəl sizə görə satdığı silahı alıb özünə qaytaracağınızı demişdiniz. Maraqlıdır, artıq almısınız? Ümumiyyətlə, silahın qiyməti neçədir? 

- Öyrəndim ki, silahın indiki sahibi hazırda ölkə xaricindədir. Qayıdan kimi mütləq görüşüb, alacağam. 

Əslində, çox baha sayılmaz. O vaxt, yəni 2003-cü ildə 3000-3500 manat olardı, indi daha ucuz olar. Sadəcə, mən söz vermişdim ki, nə vaxtsa Olimpiya mükafatı qazansam, onda onu geri qaytaracağam.

- Demişdiniz ki, atam udub-uduzmağımdan asılı olmayaraq, həmişə məndən narazı olur. İndi münasibəti necədir? 

- Avropa çempionu olanda da ondan tənqid eşitmişəm. İndi də heç nə dəyişməyib  Əvvəl onu başa düşmürdüm, özüm valideyn olduqdan sonra anladım niyə belə edir. İstəyir, hər şey daha yaxşı olsun.

Sahib Əsədbəyli
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X