Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclərin dünya çempionatında nadir hal yaşanıb.
Fanat.Az xəbər verir ki, ABŞ güləşçisi Brekston Ceyms Amos həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yarışlarda mükafat qazanıb.
İdmançı "sərbəst"də qızıl, "klassik"lərin mübarizəsində isə bürünc medalı boynundan asıb. O, hər iki uğura 97 kiloqram çəki dərəcəsində nail olub.
Qeyd edək ki, avqustun 16-dan 22-dək baş tutan dünya birinciliyini Azərbaycan təmsilçiləri 11 medalla tamamlayıb. Güləşçilərimiz 1 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıblar.
Sahib Əsədbəyli